AZE | RUS | ENG |

Bayraq Meydanında gördüklərimiz FOTOLAR

Bayraq Meydanında gördüklərimiz FOTOLAR
Bayramla əlaqədar, vətəndaşlara konsert, uşaqlara mükafat verildi, onlar həm də muzeylə tanış oldular

Dünən Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə konsert proqramı keçirdi. Bizim də qatıldığımız mərasimdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri, ölkənin bir çox bölgələrinin məktəb şagirdləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Konsert proqramına keçməzdən əvvəl Dövlət Bayraq Meydanındakı təşkilatçılıq işindən danışaq. Mərasimə gələn yüzlərlə insan kimi, bizi də qarşılayıb, xüsusi “avtomobillərlə” tədbirin keçiriləcəyi yerə apardılar. Bu, həm də meydanda gəzinti təsiri bağışladı. Beləcə, gəlib çatdıq tədbirin təşkil olunduğu yerə – “Kristal Hall”ın mətbuat zalına. Proqram Azərbaycan Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında Azərbaycan Respublikasının Himninin səslənməsilə başladı. Sonra Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədov tədbir iştirakçılarını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2 il bundan əvvəl Dövlət Bayraq Meydanının açılışında iştirak edib, Azərbaycanın üçrəngli bayrağını dalğalandırıb. Məhz bu, dövlət başçısının bayrağa olan hörmətinin və sevgisinin göstəricisidir. Hər bir Azərbaycan vətəndaşını, ürəyi Azərbaycanla döyünən hər bir insanı bu möhtəşəm gün münasibətilə təbrik edirəm”.

Daha sonra konsert proqramı davam etdi. Rəqs qrupları müxtəlif rəqs nömrələrilə çıxış elədilər. Tədbir çərçivəsində həmçinin, Dövlət Bayrağı Gününə həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı. Rəsm müəllifləri isə məktəblilərdən, xüsusən də aşağı sinif şagirdlərindən ibarət idi. Xatırladaq ki, artıq 2 ildir məktəblilər arasında Dövlət Bayrağı Gününə həsr olunmuş rəsm müsabiqəsi elan olunub. Ötən il müsabiqədə 100 məktəbli, bu il isə müsabiqədə 460 məktəbli iştirak edib. Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi bu ilki müsabiqə isə “Bayrağımız-qürur mənbəyimizdir!” adı altında keçirilib. Müsabiqəyə təqdim olunmuş 460 rəsm əsərindən 100-ü seçilib və 12 rəsm əsəri qalib elan olunub. Qalib elan olunmuş rəsm əsərləri 2013-cü ilin təqvimində cəmləşəcək.

Sonda tədbir iştirakçıları Dövlət Bayrağının Təbliği Muzeyini ziyarət etdilər. Ən hündür dövlət bayrağının düz altında yer alan muzeydə xanlıqlar dövründən tutmuş müasir zamanımıza qədər olan maraqlı eksponatlar sərgilənib. Burada Azərbaycanın keçmiş xanlıqlarının və cümhuriyyət dövrünün bayraqları sərgilənib. Muzeyi ziyarət edərkən diqqətimizi çəkən eksponatlardan biri Xalq Cümhuriyyəti dönəmində Türkiyə səfirliyi qarşısında dalğalanan bayraq oldu. Muzey bələdçisinin dediyinə görə, rəngi solmuş bu bayraq həmin orijinal bayrağın özüdür, düz 94 yaşı var. Diqqət çəkən obyektlər sırasında 18-ci əsrə aid Qarabağ xanı İbrahimxəlil xanın şeşpərini və həmin əsrə aid sıravi əsgər geyimini göstərmək olar.

Muzeydə, həmçinin Gennes Rekordlar Təşkilatının şəhadətnaməsi də sərgilənib. Bunlardan başqa, Azərbaycanın Silahlı Qüvvələrinin – Sərhəd və Daxili Qoşunlarının, Milli Təhlükəsizlik nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəsmi geyim formaları da muzeydə öz yerlərini alıb. Eyni zamanda, adları sadalanan orqanlara məxsus döş nişanları və paqonlar da səliqə ilə nümayiş olunur.

Xoş təəssüratla dairəvi formada olan Dövlət Bayrağı Muzeyini tərk edirik. Qeyd edək ki, elə həmin günün axşamı, saat 20:00-da Dövlət Bayrağı Meydanı ərazisində möhtəşəm konsert proqramı da təşkil edilib.

Elgün Mənsimov
Xəyalə Məmmədova
FOTOLAR"> FOTOLAR"> FOTOLAR"> FOTOLAR"> FOTOLAR"> FOTOLAR"> FOTOLAR">

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056