• çərşənbə, 08 May, 05:18
  • Baku Bakı 13°C

Bayram Səfərov: Məcburi köçkünlər prezident seçkilərində fəal iştirak edəcəklər

16.03.18 16:50 530
Bayram Səfərov: Məcburi köçkünlər prezident seçkilərində fəal iştirak edəcəklər
"Bütün Azərbaycan vətəndaşları kimi, məcburi köçkünlər də aprelin 11-də keçiriləcək prezident seçkilərində fəal şəkildə iştirak edəcək, dövlətin, xalqın inkişafına və gələcəyinə səs verəcəklər".
Bunu sechki-2018.az saytına açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyininsədri Bayram Səfərov deyib.
Azərbaycanın böyük seçki təcrübəsinin olduğunu deyən B.Səfərov qeyd edib ki, Mərkəzi Seçki Komissiyası prezident seçkilərinə hazırlıq prosesini yüksək səviyyədə həyata keçirir: "Yerli və xarici müşahidəçilərin seçkiləri izləməsi üçün hər cür şərait yaradılıb. Hətta həmişəki kimi, seçki məntəqələrində quraşdırılmış veb-kameralar vasitəsilə səsvermə prosesini izləmək mümkün olacaq”.
Bir çox dövlətlərin Azərbaycanın seçki təcrübəsindən faydalanmalı olduğunu bildirən icma rəhbəri deyib: "Ölkəmizdə seçki prosesi şəffaf, ədalətli və demokratik prinsiplərə uyğun şəkildə həyata keçirilir. Müşahidələrimə əsasən, deyə bilərəm ki, hazırlıq işləri zamanı ölkə Konstitusiya, Seçki Məcəlləsi, eləcə də beynəlxalq hüquqa tam əməl olunur”.
Bu seçkilərə dünya ictimaiyyətinin də böyük maraq göstərdiyini deyən B.Səfərov bildirib ki, xeyli sayda xarici ölkə və beynəlxalq təşkilatların müşahidə missiyaları prezident seçkilərini izləmək üçün ölkəmizə səfər edirlər.
"Əminəm ki, aprelin 11-də hər kəs seçki məntəqələrinə gedərək öz namizədinə səs verəcək, ölkənin gələcəyini müəyyənləşdirəcək”,- deyə B.Səfərov vurğulayıb.
banner

Oxşar Xəbərlər