• çərşənbə, 24 Aprel, 16:36
  • Baku Bakı 27°C

Bayram Kürdəxanılı həbs olundu

15.07.14 11:15 1829
Bayram Kürdəxanılı həbs olundu
Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, 1962-ci il təvəllüdlü Bayramqulu Quliyev iyulun 12-də Bakıxanov qəsəbəsində, “Nilufər” şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb.
B.Quliyevin üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib.
Sabunçu Rayon Məhkəməsi tərəfindən barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilən B.Quliyev bazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
Qeyd edək ki, B.Quliyev meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınır./apa/
banner

Oxşar Xəbərlər