• cümə axşamı, 25 aprel, 19:48
  • Baku Bakı 21°C

Bayram günlərinin yol qəzaları

03.01.19 13:51 712
Bayram günlərinin yol qəzaları
Bayram günlərində respublikanın yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, bu qəzalar nəticəsində 6 nəfər ölüb, 14 nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən ilin son günü və Yeni ilin ilk günü (31 dekabr - 1 yanvar) respublikanın avtomobil yollarında 7 yol qəzası olub. Bu qəza zamanı 4 nəfər dünyasını dəyişib, 7 nəfər yaralanıb.
Ötən gün isə respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
banner

Oxşar Xəbərlər