• cümə axşamı, 28 mart, 21:12
  • Baku Bakı 13°C

Bayram günlərində yol qəzalarında 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb

22.03.21 15:30 1425
Bayram günlərində yol qəzalarında 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Mart ayının 20-dən 22-dək daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
DİN-in Mətbuat Xidmətindən Kaspi.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 38 cinayətin üstü "isti izlər”lə açılmışdır.
Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 4 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər