• cümə axşamı, 18 aprel, 14:31
  • Baku Bakı 22°C

Bayram günlərində xaricə gedən azərbaycanlıların sayı azalıb, gələn turistlərin sayı isə artıb

04.01.18 14:30 858
Bayram günlərində xaricə gedən azərbaycanlıların sayı azalıb, gələn turistlərin sayı isə artıb
Ötən illə müqayisədə bu il Yeni il bayramı günlərində xaricə gedən azərbaycanlıların sayı azalıb, Azərbaycana gələn turistlərin sayı isə artıb.
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının çoxu ölkəmizin regionlarında – Quba, Qusar, Qəbələ və Lənkəranda istirahət ediblər.
N.Bağırov qeyd edib ki, bayramı xaricdə keçirmək istəyən Azərbaycan vətəndaşları daha çox Gürcüstana səfər ediblər. Lakin bu, ötən illə müqayisədə bu il Yen i il bayramı günlərində Gürcüstana səfər edən Azərbaycan vətəındaşlarının sayının artması anlamına gəlməməlidir.
AzTA sədrinin sözlərinə görə, azərbaycanlı turistlərin Gürcüstana üstünlük verməsinin əsas səbəbi həmin ölkədə xidmət qiymətlərinin daha ucuz olması ilə izah edilə bilməz. Azərbaycanlı turistlərin bu seçimi Gürcüstanın ölkəmizə daha yaxın olması, təyyarə ilə 50 dəqiqəyə, avtomobillə isə 5 saata oraya çatma imkanının olmasıdır.
N.Bağırov əlavə edib ki, azərbaycanlı turistlər Yeni il günlərini Gürcüstandan başqa Türkiyədə, Avropa ölkələrində və Birləşmiş Ərəb Əmirliyində (Dubay) keçirməyə üstünlük veriblər.
Assosiasiya sədri əlavə edib ki, bu il bayram günlərində xaricdən Azərbaycana gələn turistlərin sayı çoxalıb. Ölkəmizə daha çox ərəb ölkələrindən, Rusiya, Ukrayna və Qazaxıstandan turist gəlib.
banner

Oxşar Xəbərlər