• cümə, 26 Aprel, 22:46
  • Baku Bakı 22°C

Bayram günlərində hər bir vətəndaşın sanitar-gigiyenik qaydalara riayət etməsi vacibdir

24.05.20 17:00 537
Bayram günlərində hər bir vətəndaşın sanitar-gigiyenik qaydalara riayət etməsi vacibdir
Ramazan bayramı günlərində karantin rejiminin kifayət qədər yumşaldılması, məhz bu müddətdə hər bir vətəndaşın üzərinə düşən sosial məsuliyyəti dərk etmək və sanitar-gigiyenik qaydalara riayət etməyi olduqca vacibdir.
AZƏRTACxəbər verir ki, bu fikirləri Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.
Rahim Əliyev COVID-19 pandemiyası dövründə Azərbaycanın səhiyyə sahəsinin uğurlarından danışıb, bunun beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb. Söhbət zamanı nazir müavini dövlətimiz tərəfindən həyata keçirilən kompleks qabaqlayıcı tədbirlər haqqında da söhbət açıb. Bildirib ki, koronavirus elan olunan gündən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu məsələ ilə bağlı qərarları və göstərişləri nəticəsində bu problemin həlli üçün bütün dövlət qurumları səfərbər edildi. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 epidemiyasının pandemiya elan edəndə ölkəmiz artıq epidemiya dalğasının geniş miqyasda yayılmasının qarşısını alırdı.
"İndi məsuliyyət hər birimizin üzərindədir. Hamını nümunəvi intizam və birlik göstərməyə çağırıram”, - deyə nazir müavini vurğulayıb.

banner

Oxşar Xəbərlər