AZE | RUS | ENG |


Bayram günlərində hava buludlu, küləkli olacaq, arabir yağış yağacaq

Bayram günlərində hava buludlu, küləkli olacaq, arabir yağış yağacaq
Bayram günləri üçün hava proqnozu açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.  
 
Bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-6° isti,  gündüz 9-14° isti, Bakıda gecə 4-6° isti, gündüz  12-14° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan aşağı 758 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz 60-70 %  təşkil edəcək. Martın 21-də isə Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 4-6° isti,  gündüz 8-10° isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarına gəlincə, martın 20-də hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz bəzi cənub və qərb rayonlarında yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir. 
 
Martın 21-də rayonlarda arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.  





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7081
GBP 1 İngilis funt sterlinqi 2.1901
TRY 1 Türk lirəsi 0.4835
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2096
EUR 1 Avro 1.9988
CHF 1 İsveçrə frankı 1.7610
USD 1 ABŞ dolları 1.7008