• şənbə, 20 Aprel, 02:08
  • Baku Bakı 15°C

Bayrağa görə 1000 manatlıq cərimə

08.04.14 15:31 1323
Bayrağa görə 1000 manatlıq cərimə
AFFA İntizam Komitəsi Topaz Premyer Liqasında çıxış edən klublardan 3-ünü cəzalandırıb. Lent.az-ın məlumatına görə, “Qəbələ”, “Neftçi” və “Rəvan” hərəyə 1000 manat ziyana düşüb.
“Qəbələ” XXIX turun “Xəzər Lənkəran”la matçında 4 futbolçusunun sarı vərəqə alması səbəbindən cərimələnib. “Neftçi” azarkeşləri “Bakı” ilə görüşün 2, 42, 49, 80-cı dəqiqələrində pirotexniki vasitələrdən yararlandıqları üçün flaqmana cərimə kəsilib.
“Sumqayıt”la matçda isə stadionda PFL və Respect bayraqları asılmadığı üçün İntizam Komitəsi meydan sahibi olan “Rəvan”ı bağışlamayıb.
banner

Oxşar Xəbərlər