AZE | RUS | ENG |

Bayılda sürüşmə nəticəsində iki ev tam, ikisi qismən dağılıb, təhlükəli ərazidə 20 ev var

Bayılda sürüşmə nəticəsində iki ev tam, ikisi qismən dağılıb, təhlükəli ərazidə 20 ev var
Səbail Rayon İcra Hakimiyyəti Bayılda baş vermiş sürüşmə ilə bağlı məlumat yayıb.
 
RİH-dən APA-ya daxil olan məlumatda bildirilir ki, 2018-ci il may ayının 15-də saat 20.00 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir.
 
Qeyd olunmalıdır ki, bu ərazidəki mövcud yaşayış və digər tikililər hələ Sovet hakimiyyəti illərində, əsas etibarı ilə keçən əsrin 50-ci illərində tikilib. Onların əksəriyyəti 1 mərtəbəli, möhkəm təməli olmayan, uzun illər istismar olunduğundan resursları tükənmiş evlərdir. Evlərin böyük əksəriyyəti Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır.
 
Bir qədər əvvəl sakinlərin müraciətləri əsasında ərazidəki tikililərin vəziyyəti ilə bağlı RİH və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılıb, binaların qəzalı və təmirə yararsız olması ilə bağlı rəy verilib. RİH tərəfindən məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub.
 
Bayıldakı sürüşmə prossesləri ilə bağlı artıq təcrübəsi olan Səbail RİH tərəfindən qabaqlayıcı tədbirlər görülərək bir qədər əvvəl qəzalı vəziyyətdə olan Buxta küçəsi 9 ünvanında yaşayan ailələr köçürülüblər.
 
Mayın 15-də isə həmin təhlükəli ərazidən daha bir neçə evin sakinləri köçürülüb. Ümumilikdə isə Buxta küçəsindəki təhlükə yaranmış ərazidən 22 ailə (55 nəfər) köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur. Ərazidə araşdırmalar aparılır.
 
Görülən işlər sakinlər tərəfindən müsbət qarşılanıb və onlar ümid edirlər ki, yeni fəaliyyətə başlamış Nazirlər Kabineti tərəfindən yaranmış problem tezliklə həllini tapacaq.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6545
GBP 1 İngilis funt sterlinqi 2.1703
TRY 1 Türk lirəsi 0.2459
KWD 1 Küveyt dinarı 5.6031
SEK 1 İsveç kronu 0.1864
EUR 1 Avro 1.9383
CHF 1 İsveçrə frankı 1.7097
USD 1 ABŞ dolları 1.7000