• cümə, 29 Mart, 05:50
  • Baku Bakı 7°C

"Bayılda sakinlərə kompensasiyanın verilməsi məsələsi bu həftə həll olunacaq"

13.03.18 12:20 482
"Bayılda sakinlərə kompensasiyanın verilməsi məsələsi bu həftə həll olunacaq"
"Bayıl sürüşmə sahəsində evləri dağılan, qəzalı vəziyyətə düşən sakinlərə kompensasiya verilməsinə baxılır. Sakinlər kompensasiyanın məbləğindən narazıdırlar. Bu məsələ müsbət həllini bu həftənin sonuna kimi tapmalıdır".
APA-nın xəbərinə görə, bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov sürüşmə sahəsində yaşayan sakinlərlə görüşdə deyib. E. Əzizov qeyd edib ki,qəzalı vəziyyətə düşən 6 mənzilə veriləcək kompensasiyanın məbləği müəyyənləşib: "Kompensasiyanın məbləğininartırılması məsələsinə baxılacaq.Mənzilləri təhlükəli ərazidə yerləşməyən sakinlərin öz evlərində yaşamalarına imkan verilə bilər. Bütün məsələlərə baxılacaq. Bunlar hamısı alim və mütəxəssislərin rəyindən asılı olacaq".
banner

Oxşar Xəbərlər