• cümə, 29 Mart, 01:04
  • Baku Bakı 7°C

Bayılda evlərin dağılmasına yamacın antropogen yüklənməsi səbəb olub

16.05.18 12:00 514
Bayılda evlərin dağılmasına yamacın antropogen yüklənməsi səbəb olub
"İlkin ehtimala görə, Bayıl yaşayış sahəsi, Buxta küçəsində evlərin dağılmasına yamacın antropogen yüklənməsi səbəb olub".
APA-nın xəbərinə görə, bunuEkologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyanın dəstə rəisi Rafiq Həsənov deyib.
O qeyd edib ki, kanalizasiya xətlərindən sızmalar ərazinin geologiyasını təşkil edən suxurların yuyulmasına təsir edib: "İlkin rəy budur, araşdırmalar davam etdirilir. Buna birmənalı olaraq sürüşmə hadisəsi demək olmaz. Antropogen təsirdən qrunt aşınıb, çöküb".
banner

Oxşar Xəbərlər