• cümə, 29 Mart, 19:11
  • Baku Bakı 14°C

"Bayılda dağılmış, təhlükəli vəziyyətə düşmüş evlərlə bağlı araşdırma aparılır, qərar qəbul ediləcək"

16.05.18 11:40 541
"Bayılda dağılmış, təhlükəli vəziyyətə düşmüş evlərlə bağlı araşdırma aparılır, qərar qəbul ediləcək"
"Bayıl yaşayış sahəsi, Buxta küçəsində dağılmış, təhlükəli vəziyyətlə üzləşmiş evlərlə bağlıFövqəladə Hallar Nazirliyinin vəNazirlər Kabinetinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılır, müvafiq qərar qəbul ediləcək".
APA-nın xəbərinə görə, bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
O bildirib ki, evlər sovet vaxtı tikilib, ərazidə özbaşına tikili yoxdur, evlərin sənədləri var: "İlkin ehtimala görə, evlərin resursu bitib".
İH başçısı qeyd edib ki, bir bina 1 il öncə qəzalı vəziyyətinə düşdüyü üçün sakinlərNazirlər Kabinetinin qərarı ilə köçürülüb, onlara kompensasiya verilib: "İndi bu məsələyə də baxılacaq, ərazi nəzarətdədir".
banner

Oxşar Xəbərlər