Bayden irqçiliyə qarşı mübarizə aparacağına söz verib
ABŞ-ın yeni prezidenti Co Bayden ABŞ-da ekstremizmin və daxili terrorizmin məğlub olacağını bildirib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, ABŞ lideri "siyasi ekstremizmin”, "ağların üstünlüyü”, həmçinin daxili terrorizmin qarşısının alınacağını vurğulayıb.
"Biz müqavimət göstərməliyik və qazanacağıq”, deyə Bayden əlavə edib.