• cümə axşamı, 25 aprel, 05:14
  • Baku Bakı 19°C

Baxın görün, “Qarabağ” nə etdi? - “Atletiko”nun prezidenti

26.12.17 11:15 786
Baxın görün, “Qarabağ” nə etdi? - “Atletiko”nun prezidenti
"Atletiko”nun prezidenti Enrike Serezo İspaniyanın AS nəşrinə müsahibə verib.
Kaspi.az xəbər verir ki, bu ilin klub üçün necə keçdiyini dəyərləndirən Serezo, müsahibə zamanı "Qarabağ” barədə də danışıb. O, ÇL-də 1/8 finala vəsiqə qazana bilmədiklərinə əsas səbəb kimi məhz təmsilçimizi göstərib:
"ÇL-də mərhələ adlaya bilməməyimiz bizim üçün böyük zərbə idi. Ancaq sadəcə, bəxtimizin gətirmədiyini düşünürəm. İlk oyunda səfərdə "Roma”ya qalib gəlməli idik. Çünki həmin matçda çoxlu qol fürsəti yaratmışdıq. Sonra isə "Qarabağ”a hər iki oyunda qalib gələ bilmədik. Amma hədəfimizə çata bilmədik. İndi Avropa Liqasında oynayacağıq. Bu turnirdə də Çempionlar Liqasındakı həvəslə çıxış edəcək, qalib olmaq üçün mübarizə aparacağıq”.
O, Avropa Liqasında da çətin komandaların olduğunu deyib. Serezo qitənin ikinci dərəcəli turniri barədə danışarkən yenə "Qarabağ”ı xatırlayıb:
"Avropa Liqasında da çox yaxşı komandalar var. Hər 3 istiqamətdə mübarizəni davam etdiririk və mövsümü titulla başa vurmaq istəyirik. Həm də, baxın görün, "Qarabağ” nə etdi? Futbol bir müəmmadır”.
banner

Oxşar Xəbərlər