• cümə axşamı, 28 mart, 14:47
  • Baku Bakı 16°C

“Bavariya”ya “yox” dedi, xaricdə işləmək istəyir

25.03.18 13:10 871
“Bavariya”ya “yox” dedi, xaricdə işləmək istəyir
"Bavariya” rəhbərliyi mövsümün sonunda postundan ayrılacaq baş məşqçi Yupp Haynkesin yerinə namizəd axtarışlarını davam etdirir.
Haynkesin yerinə əsas namizəd isə Dortmund "Borussiya”sının sabiq baş məşqçisi Tomas Tuxel sayılırdı. Kaspi.az xəbər verir ki, Tuxel "Bavariya”da işləməkdən imtina edib.
Bu barədə məlumatı "Bild” nəşrinin futbol şöbəsinin rəhbəri Kristana Falka yayıb. Məlumata görə, Tuxel xaricdə top-klublardan birində işləmək istəyir.
Tuxel "Borussiya”da 2015-2017-ci illərdə çalışıb. Yupp Haynkes Karlo Ançelottinin istefaya göndərilməsindən sonra "Bavariya”ya mövsümün sonuna qədər başçılıq etməyə razılıq verib.
banner

Oxşar Xəbərlər