“Bavariya” sabiq “Barsa”lı ilə əlaqə qurdu
"Bavariya”a rəhbərliyi baş məşqçi axtarışlarını davam etdirir.
Kaspi.az xəbər verir ki, Münhen nəhəngi "Barselona”nın sabiq baş
məşqçisi Luis Enrike ilə maraqlanır. Artıq onunla əlaqə yaradıldığı da
bildirilir.
Bu barədə məlumatı Bundesliqanın rəsmi saytının əməkdaşı Xuan Romero
yayıb. Məlumata görə, Enrike ilə bəzi məsələlər müzakirə olunub.
Bir müddət əvvəl isə məlumat yayılmışdı ki, "Bavariya” Tomas Tuxellə
də anlaşmağa yaxındı. Sentyabrın 28-də Karlo Ançelotti "Bavariya”nın baş məşqçi
postundan istefaya göndərilib.