• cümə axşamı, 25 aprel, 03:46
  • Baku Bakı 19°C

“Bavariya” rəsmisi PSJ və “Siti”ni ittiham etdi

02.08.18 13:15 651
“Bavariya” rəsmisi PSJ və “Siti”ni ittiham etdi
"Bavariya”nın idarə heyətini n sədri Karl-Haynts Rummenigge transfer bazarında baş verənlərə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Rummenigge qiymətlərin həddindən artıq yüksəldiyindən şikayətlənib. O, buna görə "Siti” və PSJ-ni ittiham edib:
"Futbolçuların qiymətlərinin qalxmasına görə bütün günah PSJ və "Siti”nin çiynindədir. Bir baxın, görün "Real” son illər nəyə nail olub. Bu komanda son illərdə demək olar ki, pul xərcləməyiblər.
Çempionlar Liqasını qazanmaq naminə ağılsızlıq etmək olmaz. Biz bu fəlsəfəni bölüşmürük. Ronaldo? Andre Anyellinin bu transferə qol qoyması məni təəccübləndirdi.
Ancaq digər aspektdən baxsaq, "Yuventus”un bunun üçün məntiqi əsası da var. Son illər İtaliya futbolu mövqeyini itirmişdi.
Bütün bunlara baxmayaraq, "Bavariya” 33 yaşlı futbolçuya görə heç vaxt 117 milyon avro ödəməz.
banner

Oxşar Xəbərlər