• cümə axşamı, 28 mart, 19:21
  • Baku Bakı 13°C

“Bavariya” qəzeti məhkəməyə verdi

17.05.17 11:01 1074
“Bavariya” qəzeti məhkəməyə verdi
"Bavariya” rəhbərliyi məhkəməyə müraciət edib.
Kaspi.az xəbər verir ki, Münhen nəhəngi "Stuttgarter Zeitung” nəşrini məhkəməyə verib. Bu barədə klub saytı məlumat yayıb.
Bir müddət əvvəl bu qəzet yarımmüdafiəçi Coşua Kimmixin komandanı tərk edəcəyi ilə bağlı xəbər yaymışdı. Xəbərdə bildirilirdi ki, Çoşua ya "Mançester Siti”yə, ya da "Leyptsiq”ə transfer olunacaq.
"Bavariya”nın idarə heyətinin sədri Karl-Haynts Rummenigge bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir, jurnalistin uydurmasıdır.
Kimmix cari mövsümdə Bundesliqada 26 oyun keçirib, 5 qol vurub, 1 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər