• çərşənbə axşamı, 16 aprel, 22:53
  • Baku Bakı 18°C

“Bavariya” onlarla yeni müqaviləni razılaşdırıb

09.04.18 13:30 922
“Bavariya” onlarla yeni müqaviləni razılaşdırıb
Frank Riberi ilə Aryen Robbenin "Bavariya” ilə hələ də yeni müqavilə bağlamaması söz-söhbətə səbəb olub.
Kaspi.az xəbər verir ki, hər iki futbolçunun qüvvədə olan müqaviləsi mövsümün sonunda başa çatır. "Bavariya”nın idarə heyətinin sədri Karl-Haynts Rummenigge məsələ ilə bağlı açıqlama verib:
"Onlarla müqavilənin uzadılmasına nəyinsə mane ola biləcəyini düşünmürəm. Bu futbolçular komandaya gələndən sonra biz xeyli uğur qazanmışıq.
Robbenlə Riberi komanda üçün olduqca vacib futbolçulardı. Onların nəyə qadir olduqlarını biz də bilirik. Yeni müqavilə ilə bağlı razılıq əldə olunub. Onların oyunu hamı üçün açardı. Bu futbolçular dünya səviyyəlidirlər”.
banner

Oxşar Xəbərlər