• şənbə, 20 Aprel, 18:19
  • Baku Bakı 24°C

“Bavariya” məşqçi seçərkən onunla məsləhətləşəcək

14.11.17 11:35 986
“Bavariya” məşqçi seçərkən onunla məsləhətləşəcək
"Bavariya” rəhbərliyi komandanın baş məşqçisi Yupp Haynkesin məsləhətlərinə qulaq asır.
Kaspi.az xəbər verir ki, bu barədə Haynkes özü məlumat verib. O, əmin olduğunu bildirib ki, komandaya yeni baş məşqçi təyin edilərkən də, rəhbərlik onun məsləhətini dinləyəcək:
"Əminəm ki, yeni baş məşqçi seçimi zamanı "Bavariya” rəhbərliyi mənim mövqeyimi nəzərə alacaq və məsləhətimi dinləyəcək”.
Haynkes bir müddət əvvəl demişdi ki, klubun "sükanı” arxasında gənc alman mütəxəssislərdən birini görmək istəyir. O, bu ilin oktyabrında "Bavraiya”da Karlo Ançelottini əvəz edib. Haynkes 2018-ci ilin yayına qədər iş başında olacaq.
banner

Oxşar Xəbərlər