• cümə, 29 Mart, 11:28
  • Baku Bakı 5°C

“Bavariya“ - “Çelsi“ oyununda azərbaycanlı

21.08.13 14:08 1384
“Bavariya“ - “Çelsi“ oyununda azərbaycanlı
AFFA-nın baş katibi Elxan Məmmədov beynəlxalq təyinat alıb. Apasport.az saytının məlumatına görə, o, avqustun 30-da Çexiyanın paytaxtı Praqadakı Eden stadionunda keçiriləcək UEFA Superkubokunda iştirak edəcək.
Məmmədov bu qarşılaşmanın UEFA nümayəndəsi olacaq.
Superkubok uğrunda oyunda Çempionlar Liqasının son qalibi "Bavariya" (Münhen, Almaniya) və ötən mövsüm Avropa Liqasında ən yüksək nəticəyə imza atmış "Çelsi" (London, İngiltərə) klubları qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
banner

Oxşar Xəbərlər