• cümə axşamı, 28 mart, 16:47
  • Baku Bakı 16°C

"Bavariya" Almaniya kubokunun qalibi olub

26.05.19 13:10 599
"Bavariya" Almaniya kubokunun qalibi olub
Mayın 25-də Almaniya kubokunun final qarşılaşması keçirilib.
AZƏRTACxəbər verir ki, final oyununda "Bavariya” və "Leyptsiq" komandaları ilə üz-üzə gəlib.
"Olimpiaştadion"da təşkil olunmuş qarşılaşmada Münhen təmsilçisi böyük hesabla qalib gəlib - 3:0.
Qolları 29-cu və 85-ci dəqiqələrdə Robert Levandovski, 78-ci dəqiqədə isə Kinqsli Koman vurub.
Bununla da "Bavariya" tarixində 19-cu dəfə ölkə kubokuna sahib olub. "Bavariya” bu mövsüm ölkə çempionluğunu da qazanıb.

banner

Oxşar Xəbərlər