• cümə axşamı, 25 aprel, 14:45
  • Baku Bakı 23°C

Batumidə beynəlxalq turizm sərgisi keçiriləcək

18.04.18 09:15 973
Batumidə beynəlxalq turizm sərgisi keçiriləcək
Mayın 11-13-də Batumidə XI Beynəlxalq "Expo Batumi Travel” turizm sərgisi açılacaq.
AZƏRTACGürcüstan saytlarına istinadla xəbər verir ki, "Geonet Express” şirkətinin təşkilatçılığı ilə keçiriləcək sərgidə Azərbaycan, Almaniya, Türkiyə, Rusiya, Ukrayna və digər ölkələrin turizm şirkətləri təmsil olunacaq. İştirakçılar Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna, Ermənistan, Litva, Polşa, Belarus, Almaniya və digər ölkələrin məhsulları və şirkətlərinin fəaliyyəti ilə tanış olmaq imkanı əldə edəcəklər.
Sərgi çərçivəsində, həmçinin reklam və informasiya turları olacaq, təqdimatlar və jurnalistlərlə görüşlər keçiriləcək.
banner

Oxşar Xəbərlər