• cümə, 29 Mart, 05:04
  • Baku Bakı 7°C

"BATE" - “Qarabağ” matçının hakimləri açıqlanıb

11.08.18 09:15 731
"BATE" - “Qarabağ” matçının hakimləri açıqlanıb
Ağdamın "Qarabağ” klubunun UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Belarusun "BATE” klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
Trend-in məlumatına görə, avqustun 14-də "Borisov Arena”da keçiriləcək qarşılaşmanı Latviyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Andris Treymanis olacaq. Ona yan xətt hakimləri Haralds Qudermanis və Alekseys Spasyonnikovs kömək edəcəklər. Oyunda dördüncü hakim funksiyasını isə Aleksandrs Qolubevs yerinə yetirəcək.
Qeyd edək ki, BATE – "Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyun Belarus təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
banner

Oxşar Xəbərlər