• şənbə, 20 Aprel, 09:20
  • Baku Bakı 14°C

BATE-nin müdafiəçisi şansları hələ də barəbər sayır

08.08.18 09:45 614
BATE-nin müdafiəçisi şansları hələ də barəbər sayır
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda "Qarabağ”a qalib gələn (1:0) BATE-nin müdafiəçisi Yeqor Filipenko oyun barədə fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Filipenko olduqca ağır qarşılaşma keçirdiklərini deyib. O, BATE-nin qapıçısı Denis Şerbitskini də tərifləyib:
"Çox ağır oldu. İlk hissədə oyunumuz pis alınmadı. Hesab edirəm ki, ilk hissədə rəqibi üstələyə bildik. Fasilədən sonra nə baş verdi? Bu, bizim bəlamızdı.
Nə baş verdiyini araşdırmağa cəhd göstəririk. Bunu psixologiya ilə əlaqələndirirəm. Xoşbəxtlikdən, qapıçımız da bizi xilas etdi. Təsadüfü deyil ki, Şerbitski ilə "Milan” kimi klublar maraqlanır.
Aydındır ki, azərbaycanlılarla mübarizədə hələ heç nə həllini tapmayıb. Şanslar bərabərdi. Cavab oyununda da müdafiədə intizamlı olmalıyıq. "Qarabağ” irəli gedəcək. Situasiyadan yararlanıb, şansımızdan istifadə etməliyik”.
banner

Oxşar Xəbərlər