• şənbə, 20 Aprel, 08:02
  • Baku Bakı 14°C

“Başqa dövlətə qaçmaq istəyənlərin...”

02.05.14 10:44 1079
“Başqa dövlətə qaçmaq istəyənlərin...”
Trend-in məlumatına görə, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
S.Novruzov bildirib ki, dövlət təhlükəsiziliyinin qorunması məsələsi birinci dərəcəlidir: "Bu gün bütün Azərbaycan vətəndaşları Prezidentin, dövlətçiliyin və müstəqilliyin ətrafında bir olmalıdır. Biz görürük ki, vətən xainləri, Azərbaycan əleyhinə iş aparanlar, erməniyə işləyənlər cəbhədə duran ermənilərdən daha təhlükəlidir. Bunlar arxadan bizə zərbə vuranlardır ki, Azərbaycanda yaşayır, fəaliyyət göstərir, beynəlxalq təşkilatlara Azərbaycan haqqında düzgün olmayan məlumatlar ötürürlər. Həmin təşkilatlar da həmin məlumatlar əsasında Azərbaycan haqqında yalan hesabatlar hazırlayırlar".
banner

Oxşar Xəbərlər