• cümə, 19 Aprel, 22:52
  • Baku Bakı 24°C

Basketbolçumuz Ukrayna superliqasında məhsuldar oyunu ilə seçilib

23.12.16 15:30 1216
Basketbolçumuz Ukrayna superliqasında məhsuldar oyunu ilə seçilib
Basketbol üzrə Ukrayna superliqasının "Kremen” kollektivində çıxış edən millimizin üzvü Amil Həmzəyev fəal və məhsuldar oyunu ilə yadda qalıb.
AZƏRTACAzərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, superliqanın növbəti turunda "Kremen” öz meydançasında "Politexnik”i qəbul edib. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən oynunda "Kremen” rəqibini 69:64 hesabı ilə məğlub etməyi bacarıb.
Bu qarşılaşmada yığmamızın üzvü məhsuldar oyunu ilə seçilərək hesabına 22 xal və 5 rebaund yazdırıb.
banner

Oxşar Xəbərlər