• şənbə, 20 Aprel, 12:22
  • Baku Bakı 23°C

Başıpozuqları özləri kimi başıpozuqlar maliyyələşdirir

16.03.18 20:58 1488
Başıpozuqları özləri kimi başıpozuqlar maliyyələşdirir
Hər bir ölkə vətəndaşının öz Vətəni ilə yanaşı, xaricdə də yaşaması, yaxud müəyyən bir dövrdən sonra birdəfəlik hansısa ölkəyə köç etməsi normal prosesdir. Harada yaşaması, işləməsi hər bir fərdin öz seçimidir. Buna hörmətlə, anlayışla yanaşmaq gərək. Azərbaycan da müstəqilliyini bərpa etdikdən sonra müxtəlif illərdə vətəndaşlarımızdan kimlərsə xaricə üz tutublar. XX əsrin 90-cı illərinin əvvəlində ölkədə qeyri-sabit durumun olması, kütləvi işsizlik, vətəndaş qarşıdurmasının baş qaldırması minlərlə azərbaycanlının 5-10 manat çörəkpulu üçün xaricə üz tutmasına səbəb olub. O dövrlərdə müharibənin getdiyini nəzərə alsaq, xaricə üz tutanlar arasında hərbi xidmətdən yayınanlar, Vətənin dar günündə öz vətəndaşlıq borcunu verməkdən boyun qaçıranlar da az olmayıb. Lakin Azərbaycanda sabitlik bərqərar olduqdan, hərtərəfli islahatlar həyata keçirildikdən, iqtisadi tərəqqiyə nail olduqdan sonra Vətəni tərk edib xaricə sığınanların sayında kəskin azalmalar müşahidə olunmaqdadır. Hətta vaxtilə müəyyən səbəblərdən ölkəni tərk etmək məcburiyyətində qalanlar da geri qayıtmağa, öz dədə-baba yurdunda yaşamağa, işləməyə başlayıblar. Bununla bağlı minlərlə fakt sadalamaq olar.
Qeyd edilənləri müvafiq dövlət qurumlarının apardığı araşdırmalar, hazırladıqları hesabatlar, statistik rəqəmlər də təsdiqləyir. Misal üçün, 2016-cı ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3,2 min nəfər gələn və 1,7 min nəfər ölkədən gedən qeydə alınıb. Miqrasiya saldosu müsbət 1,5 min nəfər təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə daimi yaşamaq üçün Azərbaycana 3073 nəfər gəlib. Hesabat dövründə 1901 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1172 nəfər təşkil edib. Göründüyü kimi, ölkəni tərk edənlərin sayı hər il azalır, əvəzində isə Azərbaycanda yaşamaq istəyənlərin sayı ilbəil artır. Bu da onu sübut edir ki, sabitliyə, əmin-amanlığa, yaşayış səviyyəsinə, abı-havasına, demokratik prinsiplərin bərqərar olmasına, dünyəviliyinə görə Azərbaycan dünyanın ən yaxşı ölkələri sırasındadır.
Lakin təəssüflər olsun ki, Azərbaycanla bağlı bu reallıqlar beynəlxalq aləmdə heç də hamını sevindirmir. Bu sırada 20 faiz torpağımızı işğal etmiş, bir milyondan artıq insanımızı qaçqın və məcburi köçkünə çevirmiş Ermənistan, bu dövlətin maraqlarını beynəlxalq aləmdə qoruyan erməni diaspor təşkilatları, həmçinin ermənipərəst dairələrin təsiri altında olan qurumlar, bəzi siyasətçilər və az-çox tanınmış digər şəxslər var. Ən acınacaqlı hal burasıdır ki, bir sıra hallarda bəzi azərbaycanlılar da bu sırada yer alaraq, ermənipərəst maraqların müdafiəsinə xidmət edərək Azərbaycan əleyhinə kampaniyaya qoşulurlar. Misal üçün, mətbuatın dəfələrlə qeyd etdiyi kimi, ən müxtəlif bəhanələrlə Azərbaycandan qaçıb xaricə sığınan Həbib Müntəzir, Arzu Qeybulla, Orduxan Temirxan, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Arif Məmmədov, Qənimət Zahid, Natiq Güləhmədoğlu, Fikrət Hüseynov, Ataxan Əbilov, Rafael Piriyev, Arif, Leyla və Ramiz Yunus kimi şəxslər People in Need (PİN) kimi ermənipərəst təşkilatlardan "qidalanaraq” sosial şəbəkələrdə Azərbaycana qarşı kampaniya aparırlar. Bu şəxslərin erməni lobbisi ilə əməkdaşlığı danılmaz faktdır. Onlar davamlı şəkildə ermənilərlə əməkdaşlıq edir, erməni lobbisinin idarə etdiyi mərkəzlərin tədbirlərinə qatılır, erməni lobbisindən tapşırıqlar alırlar. Onların ermənipərəst dairələrlə təmasları və işbirliyi, fəaliyyətlərində sinxronluq açıq müşahidə olunur.
Bununla yanaşı, xaricdə yaşayan bəzi qaranlıq keçmişi olan imkanlı azərbaycanlılar da bu məsələdə ciddi səylər göstərirlər. Mediada yer alan araşdırmalardan bəlli olur ki, "Quska” ləqəbli Hüseyn Abdullayev, Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayev, keçmiş hərbçi İsa Sadıqov, erməni lobbisindən pul alan keçmiş səfir Arif Məmmədov həmin başıpozuqları maliyyələşdirirlər. Əsas maliyyə mənbəyi rolunda məhz H.Abdullayevlə E.Abdullayevin çıxış etdiyinə dair dəqiq məlumatlar var. Bu sırada ABŞ-ın NED təşkilatından qrant almış Leyla Yunusun da adı çəkilir. Bu günlərdə "cahanpress.com” saytında yer alan "Hüseyn Abdullayev Azərbaycanı təhqir edənlərə 72 min pul ayırıb” başlıqlı yazıda da qeyd olunub ki, Avropada fəaliyyət göstərən diaspor dairələrindən əldə olunan məlumata görə, Almaniyada sığınacaq alan keçmiş deputat, "Quska” ləqəbli Hüseyn Abdullayev yuxarıda adları çəkilən şəxsləri bir araya gətirərək, onlara maliyyə vəsaiti ayıracağını vəd edib (http://cahanpress.com/74055/quska-az%C9%99rbaycani-t%C9%99hqir-ed%C9%99nl%C9%99r%C9%99-72-min-pul-ayirib-faktlar/). Məlumata görə, H.Abdullayev verəcəyi pulun qarşılığında Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir və digərlərindən Azərbaycan prezidenti, ayrı-ayrı yüksək vəzifəli şəxslər, onların ailə üzvləri, eyni zamanda, dövlətimiz və xalqımız haqqında iyrənc şər-böhtan və qarayaxma kampaniyaları aparılmasını tələb edib. İddiaya görə, H.Abdullayev təxribatçılara xüsusi tapşırıq verib ki, ara-sıra Ermənistan səfirliyi qarşısında kiçik aksiyalar keçirilsin və bununla Azərbaycan xalqının gözündə onların Ermənistana qarşı "düşmən” obrazı yaradılsın. Bildirilir ki, H.Abdullayev ilkin olaraq Emin Milliyə 50 min, Orduxan Teymurxana isə 22 min avro vəsait ayırıb.
Sosial şəbəkələrdə son vaxtlar O.Teymurxan, M.Mirzəli və sair kimi "bloqer”lərin qəflətən Azərbaycanın ünvanına hədyan kampaniyasına başlamalarının, "fəallıqlarının” səbəbsiz olmadığı vurğulanıb. Qeyd olunub ki, onlar demokratiyadan, insan haqlarından, müstəqil düşüncədən çox danışırlar. Lakin bir adam tərəfindən idarə olunduqları aydındır. Həmin şəxs, daha doğrusu, səs-səsə verərək Azərbaycanı hədəfə alan "bloqer”lərin ara vermədən təhqirlər və böhtanlar ifraz etmələrinin sifarişçiləri bəllidir. Məqaləyə görə, sifarişçilərlə "aktyor”lar arasında vasitəçi rolunu isə bədnam Leyla Yunus oynayır. Söylənilənlərə sübut kimi, hazırda Çexiyanın paytaxtı Praqada yaşayan Zamiq Məmmədli ad-soyadlı şəxsin "Facebook” səhifəsində yazılanlar göstərilib. Həmin şəxs Avropada yaşayan soydaşlarımıza xitabən bunu təsdiqləyib: "Bu "diktatoru tanıdaq” kimi axmaq aksiyanın layihə müəllifi Leyla Yunusdur. Bu, aydın məsələdir. Bu yaxınlarda Leyla Yunus "siyasi məhbuslara yardım” layihəsi üzrə NED-dən (National Endowment for Democracy) 94000 avro qrant alıb, bir soruşun, hansısa siyasi məhbus ailəsinə ordan 10 avro veribmi?!. Çalışın, bu fitvaya getməyin, siz ortalığa düşürsünüz, bu dəllalar pul qazanırlar! Bu aksiyaya qoşulanlardan isə soruşuram: Leyla Yunusdan 94 min avronun hesabını soruşmağa cəsarətiniz çatırmı? Amma 5000 km uzaqdan camaata tırka verməyi gözəl bacarırsınız...”.
Bütün bu faktlar da bir daha göstərir ki, Azərbaycandan müxtəlif bəhanələrlə qaçaraq xarici ölkələrə sığınan bəzi şəxslər 5-10 avro müqabilində anti-Azərbaycan təbliğatla məşğuldurlar.
Alpər TURAN



banner

Oxşar Xəbərlər