• cümə, 19 Aprel, 09:11
  • Baku Bakı 13°C

Baş verən zəlzələ nəticəsində Türkiyədə ölən və yaralananların sayı artıb

23.02.20 16:00 979
Baş verən zəlzələ nəticəsində Türkiyədə ölən və yaralananların sayı artıb
Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ nəticəsində Türkiyə ərazisində ölən və yaralananların sayı artıb.
AZƏRTACxəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu və Səhiyyə naziri Fahrettin Koca birgə açıqlama veriblər.
Bildirilib ki, Van şəhərində səkkiz nəfər həlak olub, 21 nəfər yaralanıb. Onlardan səkkizinin vəziyyəti olduqca ağırdır.
Hazırda axtarış xilasetmə işləri davam etdirilir, dağıntılar altında qalanlar var. Hadisə baş verdiyi bölgədə 700 nəfərin yaşadığı bildirilir.
banner

Oxşar Xəbərlər