Baş redaktorlar MTN-dən kömək istədi

Baş redaktorlar MTN-dən kömək istədi

Təfsilat
17 Dekabr 2012, 16:20 1171
Son vaxtlar «Yeni Müsavat» və «Qafqazinfo» saytlarına kiber hücumların sayı artıdığından bu qurumların rəhbərləri Rauf Arifoğlu və Elburus Ərud məsələni araşdırmaq üçün Milli Təhlükəsizlik naziri Eldar Mahmudova müraciət ediblər.

Müraciətdə deyilir: ««Yeni Müsavat» və «Qafqazinfo» saytlarına edilən kiber hücumlar şübhəsiz, ölkəmizin informasiya təhlükəsizliyinin necə böyük bir təhdid altında olduğunu göstərir. Bu səbəbdən Sizdən həmin hücumların mənbələrinin tapılması və qəzetimizin informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi barədə göstəriş vermənizi xahiş edirik».

Hücumların haradan olması ehtimalına gəldikdə isə redaktorlar bildirirlər ki, «bəzi məlumatlara görə, xarici ölkələrdən, digər informasiyalara görə isə, ölkə daxilindən törədilir».