• cümə axşamı, 28 mart, 17:51
  • Baku Bakı 16°C

Baş Qərargah rəisi: Hərbi əlaqlər strateji səviyyəyə çatıb

21.11.18 12:30 495
Baş Qərargah rəisi: Hərbi əlaqlər strateji səviyyəyə çatıb
Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi əlaqələri mükəmməl şəkildə genişlənir.
Trend-in məlumatına görə, bunu Bakıda Azərbaycanın müdafiə naziri və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia ilə üçtərəfli görüşündə Türkiyə SQ Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler deyib.
O bildirib ki, hər üç ölkənin hərbi əlaqələri strateji səviyyəyə çatıb: "Hərbi əlaqələrimizi daha da artırmaq üçün əlimizdən gələni edəcəyik. Qardaş Azərbaycanda olmaqdan məmnunam. Bu gün 3 dost və qardaş ölkənin müdafiə rəsmiləri olaraq böyük toplantı keçirmək üçün bir araya gəlmişik. Bu, bizim 3-cü toplantımızdır. Bir-birimizlə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçirərək bölgədəki vəziyyəti müzakirə edəcəyik. Hərbi əlaqələrimiz mükəmməl şəkildə genişlənir. İnanıram ki, bu gün keçirilən görüşdə çox vacib nəticələr əldə edəcəyik".
banner

Oxşar Xəbərlər