• cümə axşamı, 18 aprel, 10:10
  • Baku Bakı 12°C

Baş Qərargah: Afrində 113 hədəfdən 108-i məhv edilib

20.01.18 22:17 433
Baş Qərargah: Afrində 113 hədəfdən 108-i məhv edilib
Türkiyə Silahlı Qüvvələri əməliyyat keçirdiyiSuriyanın Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə SQ Baş Qərargahının məlumatında bildirilir.
"Saat 19.30-a olan məlumata görə, PYD-yə məxsus 113 hədəfdən 108-i məhv edilib. Ölən və yaralananların hamısı terror təşkilatların üzvüdür”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-daSuriyanın Afrin bölgəsində terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.
banner

Oxşar Xəbərlər