• çərşənbə, 24 Aprel, 09:33
  • Baku Bakı 13°C

Baş prokurorun müavini: "Azərbaycanda kibercinayətkarlığa qarşı ciddi mübarizə aparılır"

09.10.17 11:20 1435
Baş prokurorun müavini: "Azərbaycanda kibercinayətkarlığa qarşı ciddi mübarizə aparılır"
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Kibercinayətkarlıq mövzusunda regional konfrans başlayıb.APA-nın xəbərinə görə, regional konfrans Beynəlxalq Prokurorlar Assosiasiyası (İAP), Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi vəAvropa Şurasıtərəfindən təşkil edilib.
Tədbirin açılış mərasiminə Baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov, İAP-ın Baş katibi, Prokurorları Birləşdirən Elektron Cinayət Şəbəkəsinin (GPEN)N sədri və Eurojustda Hollandiyanın milli üzvü Han Moraal, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin siyasi bölməsinin rəhbəri Denis Daniildis, Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes və başqa şəxslər qatılıblar.
K. Əliyev bildirib ki, Kibercinayətkarlıq mövzusunda regional konfrans oktyabrın 11-dək davam edəcək.
Onun sözlərinə görə, kibercinayətkarlıq dünyada aktualdır: "Tədbirdə 70-ə yaxın iştirakçı var. Onlardan 46-sı Şərqi Avropa, Balkan ölkələri, Gürcüstan və İrandan olan qonaqlardır".
Baş prokurorun müavini qeyd edib ki, Azərbaycanda cinayətkarlığın bütün növlərinə - çirkli pulların yuyulmasına, terrorçuluğun maliyyələşdirilməsinə, korrupsiyaya və kibercinayətkarlığa qarşı ciddi mübarizə aparılır.
Tədbir çıxışlarla davam etdirilir.
banner

Oxşar Xəbərlər