Baş Prokurorluqdan Elşad Abdullayevlə bağlı açıqlama

Baş Prokurorluqdan Elşad Abdullayevlə bağlı açıqlama

Kriminal
04 Oktyabr 2012, 11:48 1066
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Azərbaycan prezidenti İlham Əliyevə müraciəti nəzərə alınaraq, qardaşı Mahir Abdullayevin 13 oktyabr 2003-cü il tarixdə itkin düşməsi və digər faktlarla bağlı istintaq olunan cinayət işi üzrə Baş prokurorun qərarı ilə Baş Prokurorluğun nəzdində tam yeni tərkibdə istintaq-əməliyyat qrupu yaradılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Qrupa rəhbərlik Baş prokurorun böyük köməkçisi Elmar Camalova həvalə edilib.

Məlumatda həmçinin bildirilir ki, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” qanuna müvafiq olaraq E. Abdullayevin Azərbaycana gəldiyi təqdirdə qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi şəxsi təhlükəsizliyi təmin ediləcək.