• cümə, 26 Aprel, 12:01
  • Baku Bakı 23°C

Baş Prokurorluqda yeni təyinatlar

12.01.15 14:02 1500
Baş Prokurorluqda yeni təyinatlar
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərlə baş prokurorun köməkçisi Anar Nəsibov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi vəzifəsinə isə Baş prokurorun digər köməkçisi Orxan İsayev təyin olunub.
Z. Qaralovun imzaladığı daha bir əmrlə Baş prokurorun köməkçisi Günay İsmayılova Baş Prokurorluğun kadrlar idarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat şöbəsinin rəisi Vüqar Əliyev də tutduğu vəzifədən azad edilib və ona Nərimanov rayon prokurorunun vəzifəsini icrası tapşırılıb.
banner

Oxşar Xəbərlər