• cümə axşamı, 28 mart, 22:03
  • Baku Bakı 13°C

Baş Prokurorluq və DİN: Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs məhv edilib

27.02.20 13:55 1340
Baş Prokurorluq və DİN: Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs məhv edilib
Bu il yanvarın 11-də Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Ağayev paytaxtın Sabunçu rayonu ərazisində əhalinin sıx toplaşdığı ictimai yerdə üzərində qanunsuz gəzdirdiyi odlu silahdan xuliqanlıq zəminində havaya üç dəfə atəş açaraq hadisə yerindən qaçıb.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərininAZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılaraq A.Ağayev barəsində axtarış elan olunub.
Fevralın 26-da onun Mingəçevir şəhərindəki gizləndiyi ünvan müəyyən edilib və saxlanılaraq istintaqa cəlb olunması məqsədilə xüsusi əməliyyat tədbiri keçirilib. Polis əməkdaşlarının təslim olmaq barədə etdiyi xəbərdarlığa baxmayaraq, A.Ağayev silahlı müqavimət göstərməklə onların və ətrafdakı insanların həyat və sağlamlıqları üçün böyük təhlükə yaradıb. Əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən olunan qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbiri ilə Anar Ağayev məhv edilib.
Meyitin üzərinə və yaşadığı evə keçirilmiş baxış zamanı "PSM” markalı tapança, ona aid səsboğucu, 6 patron, bir "RQD-5” əl qumbarası və bir qaz tapançası aşkar olunaraq götürülüb.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda müvafiq araşdırmalar aparılır.
banner

Oxşar Xəbərlər