AZE | RUS | ENG |

Baş Prokurorluq: Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən azərbaycanlıların əksəriyyəti orta təhsillidir

Baş Prokurorluq: Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən azərbaycanlıların əksəriyyəti orta təhsillidir
Cinayət işlərinin təhlil edilməsi nəticəsində müəyyən edilib ki, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak edənlərin hamısı radikal dini təriqətin nümayəndələridir.
Trend-in məlumatına görə, Baş Prokurorluğun İdarə rəisinin müavini Rauf Məmmədov "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri-dini radikalizm" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həmin şəxslərin əksəriyyəti işsizdir, demək olar ki, hamısı orta təhsillidir: "Bu şəxslərin əksəriyyətinin təvəllüdü 1980-1990-cı illəri əhatə edir. 1993-94-cü illərdən başlayaraq, xarici dövlətlərdən xüsusi xidmət orqanlarının nəzarəti altında mədrəsələrdə təhsil almış şəxslər respublikada qaçqın və məcburi köçkünlərin kompakt yaşadığı yerlərdə yardımlar paylamaqla, dövlət nəzarətindən kənar məscidlər tikməklə bu kimi hadisələrin təməlini qoyublar. Radikal cərəyanların Azərbaycanda yayılmasında müxtəlif dövlətlər çox vaxt xeyriyyə fəaliyyəti adı altında əhalinin kasıb təbəqəsi arasında təbliğat işləri aparırlar. Məsələn, yerli gənclərə həmin ölkələrdə pulsuz təhsil almaq təklif edilir. Bu ölkələrdə dini təhsil almış məzunlar isə Azərbaycan üçün qeyri-ənənəvi olan baxışlarla ölkəyə qayıdıblar və nəticədə zərərli dini təriqətin qəbul edilməsinə nail olublar".
R.Məmmədov bildirib ki, xaricdə dini təhsil almış şəxslər Azərbaycanda dini təbliğ edə bilməzlər: "Artıq Azərbaycanda dini təhsil almaq üçün çox münbit şərait yaradılıb. Müstəqilliyimizin ilk illərində bəzi vətəndaşlarımız dini təhsil almaq üçün xaricə gedib, orada yad dini təsirlərin altına düşürdülər. Azərbaycana gəldikdən sonra isə orada aldıqları dini təhsillərini zərərli təbliğat vasitəsi kimi istifadə edirdilər. Artıq mövcud qanunvericilikdə buna görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur".
R.Məmmədov əlavə edib ki, artıq dini mağazalarda xaricdə qadağan olunmuş, zərərli təbliğat vasitələri olan dini ədəbiyyatları yaymaq və satmaq da cinayət məsuliyyəti yaradır.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917