• çərşənbə axşamı, 16 aprel, 14:09
  • Baku Bakı 19°C

Baş Prokurorluq: “Gürcüstandan bizə vəsatət daxil olmayıb”

19.06.13 17:02 1417
Baş Prokurorluq: “Gürcüstandan bizə vəsatət daxil olmayıb”
Azərbaycanın Baş Prokurorluğu onlara Gürcüstanın Baş Prokurorluğundan vəsatət daxil olması barədə yayılan məlumatlara münasibət bildirib.
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələrində Gürcüstan Baş Prokurorluğu tərəfindən guya həmin ölkənin sabiq baş naziri barəsində aparılan araşdırmalarla əlaqədar hüquqi yardım göstərilməsi üçün Azərbaycan Respublikası Prokurorluğuna vəsatətin göndərilməsi barədə məlumatlar yayılıb.
Bununla əlaqədar bildiririk ki, həmin informasiyalar həqiqəti əks etdirmir və qeyd edilənlərlə bağlı hüquqi yardımın göstərilməsinə dair Azərbaycan tərəfinə hər hansı bir sorğu və ya vəsatət daxil olmayıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinə qeyri-rəsmi mənbələrə istinad etməklə və real faktlara söykənməyən sensasiya xatirinə yazılmış məlumatların düzgünlüyünü həmin məlumatları dərc etməzdən əvvəl aidiyyəti dövlət qurumlarının, o cümlədən hüquq mühafizə orqanlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmək tövsiyə edilir.
banner

Oxşar Xəbərlər