• cümə axşamı, 18 aprel, 07:46
  • Baku Bakı 12°C

Baş Prokurorluq Eldar Namazovdan izahat alınmasına aydınlıq gətirib

29.08.13 13:43 1392
Baş Prokurorluq Eldar Namazovdan izahat alınmasına aydınlıq gətirib
Baş Prokurorluq Eldar Namazovun Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılması ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, “EL” hərəkatının rəhbəri Eldar Namazov Əflan İbrahimovun müraciəti əsasında Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılan araşdırmalarla bağlı izahatının alınması məqsədi ilə həmin idarəyə dəvət edilib.
Qeyd edək ki, Ə. İbrahimov kütləvi informasiya vasitələrində “Milli Şura”nın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.
banner

Oxşar Xəbərlər