• çərşənbə axşamı, 16 aprel, 14:59
  • Baku Bakı 19°C

Baş Prokurorluq: Ə.İbrahimov “Azadlıq” qəzetinin əməkdaşı deyil

18.06.14 15:51 989
Baş Prokurorluq: Ə.İbrahimov “Azadlıq” qəzetinin əməkdaşı deyil
Baş Prokurorluq jurnalist Ərşad İbrahimovun həbsinə münasibət bildirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında qeyd edib ki, reket jurnalist Ərşad İbrahimov 2012-2013-cü illərdə ayrı-ayrı vaxtlarda Kəlbəcər rayon Təhsil şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovdan onun barəsində rüsvayedici məlumatları yaymaq hədəsi ilə 30 min manat məbləğində vəsaiti hədə-qorxu ilə tələb etmiş, lakin sonuncu pulu verməkdən imtina etdiyi üçün 13 aprel 2013-cü il tarixdə “Youtube” internet portalında “Kəlbəcər rayon təhsil şöbəsinin sabiq müdiri Mamed Bağırov 17 yaşlı qızı zorlayıb” başlıqlı informasiya yerləşdirib.
E. Sultanov deyib ki, M. Bağırovun müraciəti əsasında Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Ə. İbrahimova həmin maddədə nəzərdə tutulan ittiham elan edilməklə barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İş üzrə istintaq tamamlanaraq baxılması üçün Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə baxışı zamanı Ə. İbrahimov şahidlərə qanunsuz təsir göstərməklə məhkəmənin normal gedişinə mane olduğuna görə barəsində həbs qətimkan tədbiri seçilib: “Bəzi kütləvi informasiya vasitələrində Ərşad İbrahimovun guya “Azadlıq” qəzetinin əməkdaşı olması barədə informasiyalar həqiqəti əks etdirmir. Ərşad İbrahimov “Azadlıq”ın əməkdaşı deyil, o, reket jurnalistdir”.
banner

Oxşar Xəbərlər