• cümə, 19 Aprel, 07:23
  • Baku Bakı 13°C

Baş prokuror: Mingəçevirdə elektrik stansiyasında baş vermiş qəza ilə bağlı araşdırmalar davam edir

28.09.18 12:15 545
Baş prokuror: Mingəçevirdə elektrik stansiyasında baş vermiş qəza ilə bağlı araşdırmalar davam edir
Mingəçevirdə "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı araşdırmalar davam edir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib.
Baş prokuror bildirib ki, hazırda mütəxəssislərin iştirakı ilə qurğulara baxış keçirilir:"Bu gün də müstəntiqlərimiz hadisə yerindədirlər. Sözsüz ki, biz ilk hallarda həm səhlənkarlıq, həm ciddi maddi pozuntular müəyyən edirik. İstintaq təzə başlayıb. İstintaqın nəticəsi haqqında məlumat verəcəyik. "Azərenerji"nin yeni rəhbərliyi ilə birlikdə əsas məqsədimiz ondan ibarətdir ki, "Azərbaycan" İstilik Elektrik Stansiyasında qısa zamanda təmir-bərpa işi həyata keçirilsin ki, gələcəkdə belə xoşagəlməz hadisə baş verməsin".

banner

Oxşar Xəbərlər