Baş prokuror kadr dəyişiklikləri etdi

Baş prokuror kadr dəyişiklikləri etdi

Cəmiyyət
05 Dekabr 2012, 09:26 1448
Azərbaycanın prokurorluq orqanlarında kadr dəyişiklikləri edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun verdiyi məlumata görə, Baş prokuror cənab Zakir Qaralovun müvafiq əmrləri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Taryel Ələkbərov, həmin idarənin Preventiv tədbirlər və təhqiqat şöbəsinin böyük prokuroru Pərvin Quliyev və Bakı şəhəri, Nizami rayon prokurorunun müavini Məmmədəli Rəhmətov tutduqları vəzifədən azad edilərək müvafiq olaraq Saatlı, Neftçala və Şuşa rayon prokuroru vəzifələrinə təyin ediliblər.