• cümə axşamı, 28 mart, 15:49
  • Baku Bakı 16°C

Baş prokuror: Azərbaycanda cinayət növlərinin sayı azalıb

01.10.19 10:38 835
Baş prokuror: Azərbaycanda cinayət növlərinin sayı azalıb
Prokurorluq orqanlarının daxili işlər, ədliyyə, dövlət təhlükəsizliyi və məhkəmə orqanları ilə əlaqəli şəkildə birgə fəaliyyətinin nəticəsi olaraq ölkədə dayanıqlı ictimai-siyasi sabitlik qorunaraq dövlət maraqlarının müdafiəsi, cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparılmaqla kriminogen durumun stabilliyi və bütün mənfi təzahürlərin qarşısının alınması təmin edilir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov bildirib.
Z.Qaralov qeyd edib ki, görülmüş səmərəli birgə tədbirlərin nəticəsi olaraq cinayətkarlığın dinamikasında və xarakterində müsbət cəhətlər möhkəmlənmiş, cari ilin birinci yarımilində qeydə alınmış bir sıra cinayət növlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.
Baş prokurorun sözlərinə görə, əvvəlki illərdə bağlı qalmış ağır və xüsusilə ağır cinayətlərin, qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətlərinin açılması istiqamətində görülən məqsədyönlü intensiv istintaq tədbirləri, Baş Prokurorluqda bu işlərə rəhbərliyi həyata keçirən idarənin zona prokurorlarının yerlərə ezam olunaraq istintaqın planlaşdırılmasında və təşkilində əməli kömək göstərmələri sayəsində cari ilin birinci yarımilinin göstəriciləri ötən ilin müvafiq dövrünə nisbətən xeyli artıb.
banner

Oxşar Xəbərlər