• çərşənbə axşamı, 19 mart, 12:49
  • Baku Bakı 8°C

Baş neonatoloq: “Azərbaycanda 500 qr - 1 kq çəki ilə doğulan körpələrin çoxu sağ qalır”

17.11.17 13:55 2238
Baş neonatoloq: “Azərbaycanda 500 qr - 1 kq çəki ilə doğulan körpələrin çoxu sağ qalır”
"Hər il Azərbaycanda təxminən 150 min körpə doğulur”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş neonatoloqu, Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyanın sədri Rüstəm Hüseynov deyib. O bildirib ki, 150 min körpənin 8-10%-i vaxtından əvvəl doğulur.

Baş neonatoloqun sözlərinə görə, körpələrin vaxtından əvvəl doğulması dünyada aktual problemdir: "Dünyada hər il 15 milyon körpə vaxtından əvvəl doğulur. Təəssüf ki, onların bir milyonu dünyaya gəldikləri gün ölür”.

R. Hüseynov qeyd edib ki, Azərbaycanda körpələrin vaxtından əvvəl doğulması ilə bağlı problemlər həll olunur: "Azərbaycanda belə uşaqların sağ qalma faizi ildən – ilə yüksəlir. Bu gün Azərbaycanda ekstremal - 500 qram – 1 kiloqram çəki ilə doğulan körpələrin 50%-dən çoxu sağ qalır. İnkişaf etmiş ölkələrdə bu rəqəm 75-85%-dir. Biz də inkişaf etmiş dövlətlərdə olduğu kimi bu hədəfə nail olmaq istəyirik”.
banner

Oxşar Xəbərlər