• şənbə, 20 Aprel, 03:27
  • Baku Bakı 15°C

Baş nazirin rəhbərliyi ilə Müdafiə Nazirliyində müşavirə keçirilib

10.10.14 19:38 998
Baş nazirin rəhbərliyi ilə Müdafiə Nazirliyində müşavirə keçirilib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin sədrliyi ilə 2014-cü ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasın nəticələri, ordu quruculuğunun inkişaf etdirilməsi sahəsində qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar Azərbaycanın Baş naziri Artur Rasi-zadənin rəhbərliyi altında bu gün Müdafiə Nazirliyində müşavirə keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda Baş nazirin müavini Abid Şərifov, müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Yavər Camalov, maliyyə naziri Samir Şərifov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, müdafiə nazirinin müavinləri və digər vəzifəli şəxslər iştirak ediblər.
Müşavirədə Silahlı Qüvvələrin təchizatında olan döyüş texnikasının, silah və sursatların modernləşdirilməsi, o cümlədən ordunun müasir, yüksək dəqiqlikli, uzaqvuran silah və sursatlar, yeni texnologiyalı avadanlıqlarla təmin olunması imkanları, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması və digər məsələlər müzakirə edilib.
banner

Oxşar Xəbərlər