• şənbə, 20 Aprel, 01:38
  • Baku Bakı 15°C

Baş nazirin qardaşı futbola görə tutuldu

15.10.14 10:23 1168
Baş nazirin qardaşı futbola görə tutuldu
Albaniyanın baş naziri Edi Ramanın qardaşı Olsi Rama AVRO-2016-nın seçmə mərhələsində Serbiya-Albaniya oyunu zamanı həbs edilib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, “Partizan” stadionunun VİP lojasından oyunu izləyən Olsi Rama stadiona kiçik pilotsuz təyyarə ilə buraxılmış Albaniya milli azadlıq ordusunun bayrağı ilə bağlı insidentin təşkilində şübhəli bilinir.
Polisin məlumatına görə, bayraq yaxınlıqdakı kilsənin damından buraxılıb, Olsi Rama isə onu VİP lojasından birbaşa idarə edib.
Qeyd edək ki, Albaniya milli azadlıq ordusunun bayrağı meydançaya Serbiya-Albaniya oyununun birinci hissəsinin sonunda buraxılıb. Nəticədə hər iki komandanın oyunçuları arasında dava düşüb. Oyun yarımçıq dayandırılıb.
banner

Oxşar Xəbərlər