• cümə axşamı, 25 aprel, 05:25
  • Baku Bakı 19°C

Baş nazirin müavini İsrail səfirini qəbul edib

04.11.16 19:10 932
Baş nazirin müavini İsrail səfirini qəbul edib
Azərbaycan baş nazirinin müaviniElçin Əfəndiyevİsrail səfiri Dan Stavı qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin İsrailin sabiq prezidenti mərhum Şimon Pereslə vida mərasimində iştirakına görə təşəkkürünü bildirən səfir iki dost ölkə arasında əlaqələrin bütün sahələr üzrə yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayıb.

Söhbət əsnasında elm, təhsil, mədəniyyət sahələrində qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin bundan sonra daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib. Bildirilib ki, humanitar sahədə İsrail-Azərbaycan müştərək layihələrinin icrası, xüsusən ədəbiyyat, kino, teatr, musiqi və digər sahələr üzrə uzunmüddətli birgə fəaliyyət proqramının hazırlanması hər iki ölkənin xalqlarının mənafeyi baxımından səmərəli olar.

Görüşdətərəfləri maraqlandıran bəzi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər