• çərşənbə axşamı, 19 mart, 14:58
  • Baku Bakı 8°C

Baş nazirin müavini islam ölkələrini Ermənistanla əlaqələri dayandırmağa çağırıb

21.09.17 13:00 1006
Baş nazirin müavini islam ölkələrini Ermənistanla əlaqələri dayandırmağa çağırıb
Bu gün "İlham Əliyevbizi "Cocuq Mərcanlıya qaytardı" kitabının və "Böyük Qayıdışın başlanğıcı" filminin təqdimatı keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən baş nazirin müaviniƏli Həsənovdeyib ki, son 200 ildə ermənilər tərəfindən işğal olunan Azərbaycan torpaqları ilk dəfə Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə keçirilən əməliyyatla Horadiz və prezident İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ildə aprel ayında keçirilən əməliyyatla Lələtəpə azad edilib.
Cocuq Mərcanlı kəndinin 1994-cü ildə cəmi 4 ay işğal altında qaldığını xatırladan Ə. Həsənov deyib ki, kəndə səfər edən xarici diplomatlar və media təmsilçiləri 4 ay ərzində ermənilərin hansı vandalizmi törətdiklərinin şahidi olublar. Eyni zamanda Cocuq Mərcanlı ilə Böyük Qayıdış başlayıb: "Azərbaycan prezidentiİlham ƏliyevCocuq Mərcanlıda ilk qəsəbənin açılışında iştirak edərkən bu kəndi 1994-cü ildən tərk etməmiş Oqtay Həziyevin ailəsi ilə görüşdü, dünyaya azərbaycanlıların torpaqlarına necə bağlı olduğu nümayiş etdirildi. Bu gün tək məcburi köçkünlər yox, digər insanlar da Cocuq Mərcanlıda məskunlaşmaq istəyir".
Ə. Həsənov qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə kontakt qrupu islam ölkələrinə Ermənistan ilə münasibətləri məhdudlaşdırmaq barədə qərar qəbul edib: "Hesab edirik ki, bu, azdır. Kontakt qrupu bütün islam ölkələrinin Ermənistanla əlaqələri dayandırması barədə qərar qəbul etməli idi. Çünki hələ də bəzi islam ölkələri Ermənistanla əlaqə saxlayır, müxtəlif sahələrdə əməkdaşlıq edir. Biz ümumiyyətlə,BMT-nin Ermənistana qarşı sanksiya tətbiq etməsini istəyirik".
Sonra "Böyük Qayıdışın başlanğıcı" filmi nümayiş etdirilib. Daha sonra "İlham Əliyevbizi "Cocuq Mərcanlıya qaytardı" kitabının və "Böyük Qayıdışın başlanğıcı" filminin ərsəyə gəlməsində böyük rolu olan millət vəkili, Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıxov, Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev çıxış ediblər.
banner

Oxşar Xəbərlər