• cümə, 26 Aprel, 14:38
  • Baku Bakı 23°C

Baş nazirin müavini: "İcbari tibbi sığortanın tətbiqi ilə bağlı ilkin nəticələr var"

08.02.17 15:30 1041
Baş nazirin müavini: "İcbari tibbi sığortanın tətbiqi ilə bağlı ilkin nəticələr var"
"Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı ilkin nəticələr var".
APA-nın məlumatına görə, bunu baş nazirin müaviniƏli Əhmədovdeyib.
Ə. Əhmədov bildirib ki, icbari tibbi sığorta ilə bağlı pilot layihələr fevralın 1-dən etibarən Mingəçevir və Yevlaxda həyata keçirilir: "İlkin nəticələr var. Dünən aldığım məlumata görə, istər Mingəçevirdə, istərdə Yevlaxda artıq insanlar icbari tibbi sığorta sistemi ilə xəstəxanalara müraciət edərək tibbi xidmətlər alırlar. İnsanlarda ilkin məmnunluq hissləri var. İlkin nəticələr haqqında geniş fikir söyəmək çətindir amma bizi məmnun edən nəticələr var”.
banner

Oxşar Xəbərlər